Description
Rayonlarda Şum – Diski – Taxıl – Pres – Ot – Gübrə – Mala – Toxum – Dirmıq və sair torpag xidmətləri
Şumun aparılması: Sahələri tərəvəz əkininə hazırlayarkən torpağı 25-30 sm dərinlikdə şumlamaq üçün asma, qoşma və yarımasma kotanlardan istifadə edirik. İstifadə olunan kotanlar işçi en götürümünə və torpağın xüsusi müqavimətinə görə seçilir.
Hazırki dövrdə tərəvəz (pomidor, kələm, xiyar və s.) və takıl bitkilərinin əkilməsi üçün torpaqların şumlanmasında P4, P5, P7 və LK-400, Gak-P12-14-3 və digər bu kimi kotanlardan istifadə olunur. Şum işləri həmçinin “Euro Opal”, “Euro Diamant” markalı dönən kotanlar vasitəsi ilə də həyata keçirilir. Bu kotanlar maksimal gücü 80-200 kvt olan traktorlarla (Belarus 89.2, Belarus 1221, Belarus 1523, Landini Poverfarm DT110, John Deere 8335R, Claas Axion 950 və s.) aqreqatlaşdırılır.
Malanın çəkilməsi: Şumdan sonra torpağın əkinqabağı yumşaldılması, xırdalanması və hamarlanması işləri yerinə yetirilir. Bu işlər üçün müasir innovativ asma, qoşma və yarımasma kultivator, diskli mala, rotosion mala və s. istifadə olunur. Bütün bu əməliyyatları yerinə yetirmək üçün Catros-330 A, Joker 3CT, GAK-OTO RE, RT 240-M, KE-253, ARM-3,0 və digər diskli və rotosion malalardan və başdan başa becərmə işləri aparan GAK-RCHC-9 və GAK-RCHC-9 markalı asma kultivatorlardan istifadə olunur. Bu maşınlar 60-200 kvt gücünə malik olan Belarus 89.2, Belarus 1221, New Holland T-7060, Hars 339 S4 WD, John Deere 8335R və digər traktorlarla aqreqatlaşdırılır. Aqreqata bir nəfər xidmət edir.
Reviews
There are no reviews yet.